ABŞ Konqresinin üzvlərinə Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı riayət edilməsi vacib olan sərt etiket təlimatları təqdim edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Konqresin Nümayəndələr Palatasının (aşağı palata) üzvü Loren Bobert bildirib. Onun sözlərinə görə, ictimai qalmaqalların qarşısını almaq üçün bu qaydaları məhz Britaniya kral ailəsinin üzvlərinə vermək daha məqsədəuyğun olardı.
"Əslində, bu, konqresmenlərdən daha çox, kral ailəsinin özü üçün nəzərdə tutulmuş qadağalar siyahısına bənzəyir. Elə təəssürat yaranır ki, burada yazılanlar onun ailəsinin indiyədək törətdiyi əməllərdir", - deyə o bildirib.
Bobert III Çarlzın Vaşinqton səfərini şərh edərkən bildirib ki, konqresmenlərə Britaniya monarxı ilə görüşdən əvvəl hər cür fiziki təmas, söhbət və selfi çəkdirməyi qadağan edən xüsusi etiket təlimatları verilib.