"Napoli"nin baş məşqçisi Antonio Konte komanda daxilindəki mövcud vəziyyət və daxili atmosfer barədə danışıb.
Oxu.Az xəbər verir ki, "La Gazzetta dello Sport" məşqçinin sözlərindən sitat gətirib.
"Beş oyunda uduzursansa, demək, nəsə səhv gedir. Dəyişikliklər edilməlidir. Mən komandanın necə məhv olduğunu sakit dayanaraq izləməyəcəyəm. Lazım gələrsə, məsuliyyəti öz üzərimə götürəcəyəm. Əhəmiyyətli olan təkcə nə etməyin deyil, həm də bunu necə etməyindir. Mən bunu klub rəhbərliyi ilə ciddi şəkildə müzakirə etmək niyyətindəyəm", - deyə Konte bildirib.
Xatırladaq ki, İtaliya çempionatında oynanılan 11 oyundan sonra "Napoli"nin 22 xalı var və klub turnir cədvəlində lider "İnter" və "Roma"dan iki xal geri qalaraq dördüncü yerdədir.