Yayıldığı ölkələrdə koronavirusun yeni “Omikron” ştammı bunadək dominantlıq edən “Delta” variantını çox sürətlə sıxışdırıb çıxarmağa başlayıb.
Bunu Rusiyanın Qamaley Mərkəzinin laboratoriya müdiri Vladimir Quşçin “Rusiya-1” telekanalının efirində bildirib.
“Danimarka, Norveç, Böyük Britaniya, ABŞ-da biz görürük ki, “Omikron” çox sürətlə “Delta”nı əvəz etməyə başlayıb”, - deyə o bəyan edib.
Ekspert, həmçinin “Omikron” ştammının “canlı peyvənd” ola biləcəyi fikrilə də razılaşmayıb.
Qeyd edək ki, noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda tapılan B.1.1.529 COVID ştamını yunan hərfinə uyğun olaraq “Omikron” adlandırıb. Təşkilatın məlumatına görə, yeni ştam indiyədək 100-dən çox ölkədə aşkar edilib.
Mənbə: TASS