“Kral Şir” və “Ələddin” cizgi filmlərinin yaradılmasında iştirak edən rəssam, heykəltəraş, animator və xüsusi effektlər üzrə mütəxəssis Kent Melton 68 yaşında vəfat edib.
Qeyd olunub ki, sənətçi ABŞ-nin Missuri şəhərindəki evində dünyasını dəyişib.
Animatorun ailə üzvlərinin sözlərinə görə, o, demensiyadan dünyasını dəyişib.
Melton “Kral Şir” və “Ələddin”dən əlavə “Mulan” cizgi filminin yaradılmasında da iştirak edib. O, eyni zamanda “Düyməcik”, “Pokahontas”, “Notr-Damın donqarı”, “Herakl”, “Misir şahzadəsi”, “Tarzan, “Spirit: Preriyaların ruhu”, “Xəzinə planeti” və digər cizgi filmlərinin yaradılmasında da iştirak edib.
Mənbə: The Hollywood Reporter
Rəylər