“İraq baş tutmayan dövlətdir, onu üç hissəyə bölmək lazımdır, o cümlədən də müstəqil Kürdistana”, bunu BBC-yə müsahibəsində Kürd muxtariyyətinin xarici işlər naziri Fəllah Mustafa Baker bildirib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, İraqın düşdüyü kəskin böhrana görə məsuliyyəti mərkəzi hakimiyyətin baş naziri Nuri Maliki daşıyır və o, istefa verməlidir.
İkinci gün İraq parlamenti işini bərpa edir və yeni hakimiyyəti formalaşdıracağı gözlənilir.
Daha öncə kürd nümayəndələri əl-Malikinin Nazirlər Kabinetini baş nazirin kürdləri ekstremistlərə yardım etmələrində ittiham etməsinə qarşı etiraz əlaməti olaraq tərk etmişdilər.
Dünya ictimaiyyətinin nümayəndələri dəfələrlə İraq siyasətçilərini qüvvələri radikal sünni “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasına qarşı birləşdirməyə çağırıb.
Yaraqlılar ölkənin bir hissəsinə nəzarəti ələ keçirməyə müvəffəq olublar.