London metrosunun “Oxford Circus” stansiyasında atışma barədə məlumatlardan sonra insanlar təxliyə edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniya Nəqliyyat Polisi məlumat yayıb.
Bildirilir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, ərazi mühasirəyə alınıb.
Hadisə nəticəsində yaralananlar var.
Qeyd olunur ki, güllə səsini eşidən sərnişinlər təşviş içində stansiyanı tərk etməyə başlayıblar, bu səbəbdən izdiham yaranıb.
S.B.
www.oxu.az