"Ukraynanın Türkiyə ərazisində yerləşən, Rusiya qazını Avropaya daşıyan "Türk axını" qaz kəmərinə mümkün hücumu NATO ölkəsinə hücum kimi qiymətləndiriləcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Macarıstanın Baş naziri Viktor Orbanın ofisinin rəhbəri Gergey Quyaş çıxış edib.
O bildirib ki, Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyinə zərər vurmaq istəyən Ukraynadan istənilən addımı gözləmək olar.
"Əgər "Türk axını" kəmərinə hücum Türkiyə ərazisində həyata keçirilsə, bu, NATO ölkəsinə hücum kimi qiymətləndiriləcək", - deyə Quyaş bildirib.
Onun sözlərinə görə, Ukraynanın davranışı ilə bağlı illüziyaya qapılmaq olmaz, çünki Kiyev istənilən an Avropanın enerji təhlükəsizliyini hətta hərbi vasitələrlə təhlükə altına qoya bilər.