Venesuela rəhbəri Nikolas Maduro yeni prezident seçkiləri keçirməmək qərarını şərh edib.
TASS-ın məlumatına görə, o, ölkə vətəndaşlarının buna ehtiyacının olmadığını bildirib.
“Venesuela xalqına iqtisadiyyatın bərpası, sülh və konstitusion sabitlik lazımdır. Bunun üçün isə Milli Assambleyanı yenidən seçmək lazımdır”, - deyə Maduro vurğulayıb.
Onun fikrincə, əslində müxalifət seçkinin keçirilməsini istəmir:
“Əgər seçkiləri 30 gündən sonra keçirəcəyimizi desək, onlar seçkiyə getməmək üçün bəhanələr axtarmağa başlayacaqlar”.