Qaçırılmış Venesuela prezidenti Nikolas Maduronun maraqlarını təmsil edən vəkil Barri Pollak "Məhkəmə çəkişmələrinin ulduzu" peşəkar hüquq mükafatının sahibidir.
Bu barədə Oxu.Az "RIA Novosti"yə istinadən məlumat verir.
Məlumata görə, Venesuela liderinin hazırkı müdafiə vəkili bir vaxtlar nəhəng "Enron" enerji şirkətinin keçmiş rəhbərini məhkəmədə uğurla təmsil edib. Pollakın səyləri sayəsində onun müştərisinin üzərindən kütləvi fırıldaqçılıq təşkil etmək ittihamları götürülüb.
2025-ci ilin oktyabr ayında hüquq firmalarının və fərdi vəkillərin fəaliyyətinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış "Benchmark Litigation" beynəlxalq təşkilatı Barri Pollakı iki mükafatla təltif edib. Vəkil "Məhkəmə çəkişmələrinin ulduzu" və "Milli təcrübənin ulduzu" mükafatlarını qazanıb. Hər iki mükafat 2026-cı ildə təqdim olunacaq, bunu vəkilin bürosunun saytında yerləşdirilən tərcümeyi-halı təsdiqləyir.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin Florida ştatının hakimiyyət orqanları Venesuela Prezidenti Nikolas Maduroya qarşı rəsmi ittihamların irəli sürülməsi üçün hüquqi əsasların hazırlanmasına başlayıblar. Florida qubernatoru Ron Desantis bildirib ki, Venesuela rejiminin siyasəti Florida ərazisində təhlükəsizliyə və asayişə birbaşa zərər vurub. Desantis əsas ittiham bəndləri kimi narkotik qaçaqmalçılığını göstərib.