Malayziya hakimiyyəti 900 min litr dizel yanacağı daşıyan gəminin qaçırıldığını bəyan edib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Malayziyanın dəniz agentliyinin (Malaysian Maritime Enforcement Agency, MMEA) məlumatında “Vier Harmoni” gəmisinin İndoneziyanın Batam şəhəri yaxınlığında olduğu bildirilib. Agentlikdə gəmini qaçıran şəxslərin kimliyinin müəyyənləşdirilmədiyi bildirilib.
Reuters-in məlumatına görə, 392,7 min dollar məbləğində dizel yanacağı daşıyan gəmi Malayziyada Tancunq Pelepas limanından çərşənbə axşamı çıxıb.
Hadisəyə dair əlavə məlumatlar hələlik bildirilmir.