Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məkkə ilə bağlı təklif Səudiyyə Ərəbistanını hiddətləndirib
Səudiyyə Ərəbistanı Məkkə və Mədinə şəhərlərində olan müqəddəs məkanların beynəlxalq nəzarətə götürülməsi haqqında təkliflərin müharibə elanına bərabər olduğunu hesab edir.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cübeyr bəyanat verib.
Bundan əvvəl “Əl-Cəzirə” telekanalının reportajında krallığın bir sıra ərəb dövlətləri ilə Qətərə qarşı tətbiq etdiyi blokada ucbatından bu ölkədən olan zəvvarların Məkkə və Mədinəyə “kiçik həcc” adlandırılan ümrə ziyarəti edə bilmədiyi bildirilirdi.
Telekanal müsəlman zəvvarların sərbəst hərəkəti məqsədilə Məkkə və Mədinədə olan müqəddəs ziyarətgahların idarəçiliyinin İslam dövlətlərindən ibarət beynəlxalq qrupun nəzarətinə verilməsini məqsədəuyğun sayır.
“Səudiyyə Ərəbistanı Krallığı müqəddəs ziyarətgahların beynəlxalq qrup tərəfindən idarə olunması ilə bağlı tələbləri düşməncəsinə addım və krallığa qarşı müharibə elanı kimi qəbul edir və bu tələblərə layiqli cavab vermək hüququnu qoruyub saxlayır”, - deyə əl-Cübeyr bildirib.
Ötən ilin iyun ayında Səudiyyə Ərəbistanı, B.Ə.Ə., Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri dayandırıb.
"Misir" teqi üzrə xəbərlər
- Misirdə Sisi hökumətinə qarşı etirazlar başlayıb
- Kerç boğazında Suriya və Misirdən olan dənizçilərin olduğu gəmi qəza siqnalı verib
- Əli Əsədov Qahirədə Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları ilə görüşüb
- Misirli futbolçu oyun zamanı baş məşqçiyə hücum edib
- Misirdə içərisində 30-dan çox turistin olduğu yaxta batıb
Rəylər