Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Meksika narkobaron El Çaponun oğlunu ABŞ-yə təhvil verdi
Meksika təhlükəsizlik qüvvələri narkobaron El Çaponun oğlu Ovidio Quzmanı ABŞ-yə ekstradisiya edib.
Bu barədə ABŞ Prokurorluğundan bildirilib.
Xatırladaq ki, o, yanvar ayında Kulyakan şəhərində güclü atışmadan sonra saxlanılmışdı.
Qeyd edək ki, “Sinaloa” narkotik kartelinin rəhbəri olan El Çaponun özü 2017-ci ildə ABŞ-yə ekstradisiya edilib. O, Kolorado ştatında ciddi rejimli Supermaks həbsxanasında ömürlük həbs cəzası çəkir.
Mənbə: Korrespondent
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər