Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Cırtdan” terrorçuların yanına göndərildi
Meksikalı narkobaron Xoakin “El-Çapo” (Cırtdan) Qusman Koloradonun ən gücləndirilmiş rejimli (Administrative Maximum Facility, ADX) həbsxanasına çatdırılıb.
Bu barədə “Denver Post” onun vəkili Ceffri Lihtmana istinadla xəbər verir.
Bu həbsxanada cəza çəkənlər, demək olar, bütün sutka ərzində bir nəfərlik kameralarda saxlanılır və ətraf aləmdən tamamilə təcrid olunurlar. Həbsxanada 2013-cü ildə Boston marafonunda partlayış törədən Cohar Tsarnayev, 2001-ci il sentyabrın 11-də ABŞ-da terror törədən Zakarias Mussaui, 1996-cı ildə Olimpik-parkda partlayış törədən Erik Rudolf kimi terrorçular saxlanılır.
Xatırladaq ki, 61 yaşlı “Cırtdan” 10 fərqli maddə üzrə, o cümlədən, narkotik vasitələrin (kokain və heroin) alveri, odlu silahlara qanunsuz yolla yiyələnmə, çirkli pulların yuyulmasında təqsirli bilinib. Ona iyulun 17-də məhkəmənin qərarı ilə ömürlük və 30 il əlavə həbs cəzası verilib. Narkobaron, həmçinin 12,6 mlrd dollara müvafiq cərimə də ödəməlidir.
Qusman 2015-ci ildə cəza çəkdiyi Meksika həbsxanasından qaçıb. Beş ay sonra, 2016-cı ilin yanvar ayında həbs olunub. 2017-ci ildə isə ABŞ-a ekstradisiya olunub.
Meksikalı narkobaron ABŞ-ın əsas narkotik vasitə təchizatçısı olmuş Sinaloa kartelinə rəhbərlik edib.
"Meksika" teqi üzrə xəbərlər
- Meksikanın Azərbaycandakı səfiri: "İlhamverici qadınlar kampaniyasını davam etdirəcəyik"
- Keçmiş olimpiyaçı narkotik ticarətinə görə FTB-nin siyahısına düşdü
- Tramp Meksikaya möhlət verdi
- Meksikada 500-dən çox avtomobilin alovlanmasının səmadan görüntüsü
- "Haber Global": Pekinin Trampın qərarına əks-reaksiya verəcəyi gözlənilir