"NATO sammiti çərçivəsində rəsmi Berlin ABŞ ilə bu ölkənin "Tomahawk" qanadlı raketlərinin satın alınmasına dair razılıq əldə edib".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Bundestaqdakı çıxışı zamanı deyib.
"Bundan əlavə, Ankarada keçirilən görüşdə biz ABŞ Administrasiyası ilə "Tomahawk" raketlərinin alınaraq Almaniyada yerləşdirilməsi barədə razılaşdıq. Bununla da biz müdafiəmizdəki mühüm strateji boşluğu doldurmuş oluruq. Eyni zamanda, öz Avropa sistemlərimizi inkişaf etdirmək və onları Avropada yerləşdirmək üzərində işləyəcəyik", - deyə Almaniya lideri bildirib.
Qeyd edək ki, Merts bir müddət əvvəl NATO sammitinin yekunlarına əsasən Almaniya hökumətinin "Tomahawk" raketləri ilə bağlı ABŞ ilə danışıqları davam etdirdiyini və yekun qərarın hələ ki verilmədiyini açıqlamışdı.