Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Messiyə görə “İnter Mayami” ilə oyunun təşkilatçıları cəzalandırılacaqlar
Honkonqun Böyük İdman Tədbirləri Komitəsi (MSEC) yerli çempionatın “All star” komandasının “İnter Mayami” ilə yoldaşlıq oyununun təşkilatçılarına ayrılan maliyyəni kəsəcəyini vəd edib.
Fevralın 4-də Honkonqun ulduz komandası yoldaşlıq görüşündə “İnter Mayami”yə 1:4 hesabı ilə uduzub. Amerika komandasının əsas ulduzu Lionel Messi ehtiyat oyunçular skamyasında qalıb və bu səbəbdən tamaşaçılar birbaşa oyun zamanı tribunadan öz tələblərini səsləndirərək biletlərə verilən pulun qaytarılmasını tələb ediblər.
Həmçinin ikinci hissənin ortalarında azarkeşlər “Biz Messini istəyirik” şüarları səsləndirməyə başlayıblar. Oyundan sonra “İnter Mayami”nin sahibi Devid Bekhem azarkeşlərə dəstəyə görə təşəkkür etsə də, onu fitə basıblar. Qarşılaşmaya 38 minə yaxın adam qatılıb. Qeyd olunur ki, bu matça biletin qiyməti təxminən 108 dollar (183,6 manat – red.) olub.
Mənbə: Reuters
"Devid Bekhem" teqi üzrə xəbərlər
- Bekhemlər 78,5 milyon dollara yeni ev alıblar
- "Mançester Yunayted" klubunun XXI əsrdəki ən yaxşı futbolçusu açıqlandı - Ronaldu ikinci olub
- Tennis gözəli məşhur futbolçu və Hollivud ulduzu ilə görüntüləndi
- Devid Bekhemin oğlu futbolçu karyerasını başa vuraraq model olmağa qərar verib
- İngiltərə Premyer Liqasında tarixin ən yaxşı vingeri açıqlanıb
Rəylər