Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qahirə yarım milyon fələstinlinin qəbulu planını təkzib etdi
Misir Qəzza zolağından olan fələstinliləri Sinay yarımadasının şimal hissəsində yerləşdirməyi planlaşdırmır.
Oxu.Az-ın TASS-a istinadən bildirdiyinə görə, bu bəyanat Misirin dövlət məlumat xidməti tərəfindən yayılıb.
"Bir sıra KİV-də Misirin Qəzza zolağından 500 min sakini Sinayın şimalında yerləşdirməyi planlaşdırdığı iddiası yayılıb. Biz bunu qəti şəkildə təkzib edirik", - deyə məlumatda bildirlib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Donald Trampın təşəbbüsü ilə Qəzzadan təxliyə edilən yarım milyon fələstinlini müvəqqəti qəbul etməyə hazır olacağını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın "Əl Əxbar" qəzeti məlumat yayıb.
Eyni zamanda, digər mənbələr tərəfindən hələlik təsdiqini tapmayan xəbərdə fələstinlilərin Sinay yarımadasının şimalında onlar üçün xüsusi olaraq ayrılacaq bir şəhərə köçürüləcəyi bildirilir. Bu məqsədlə fələstinlilərin "Rəfah" keçid məntəqəsi vasitəsilə Misir ərazisinə girişinə icazə veriləcək.
"Misir" teqi üzrə xəbərlər
- Misirdə fironlarla bağlı mühüm tapıntı
- Misirdə pələng sirkdə təlimçiyə hücum edib
- Misirdə altı nəfərin ölümünə səbəb olan faciənin DƏHŞƏTLİ KADRLARI
- Misir sahillərində rusiyalı turistlərin olduğu batiskaf batdı: Ölənlər və yaralananlar var
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi