Misirdə, ərəbcədən tərcümədə "əlli" mənasını verən "Xamasin" (xəmseyn) adlı qum fırtınası başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Egyptian Streets" portalı xəbər verib.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, təbii fəlakət güclü külək, göy gurultusu və fırtınalarla müşayiət olunacaq. Təbii fəlakət ən çox ölkənin şimal-qərb bölgələrində özünü göstərəcək.
Baş Meteorologiya İdarəsi sərt hava şəraitinin martın 4-dək davam edəcəyini proqnozlaşdırır.
Misir hakimiyyəti əhalini və ölkə qonaqlarını ehtiyat tədbirlərinə riayət etməyə - fırtına zamanı mümkün qədər küçəyə çıxmamağa, pəncərə və qapıları kip bağlamağa, su və ərzaq ehtiyatı toplamağa çağırır.
Xilasetmə xidmətləri əhaliyə yardım göstərmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, "Xamasin" toz fırtınası adını bu bölgədə təbiətin hər bahar fəslində coşduğu 50 günlük dövrdən alıb.