Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Misirdə şir zoopark işçisini parçaladı
Misirin Əl-Fəyyum şəhərində şir zooparkın əməkdaşına hücum edib. Kişini xilas etmək mümkün olmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Youm7" məlumat yayıb.
Qeyd olunur ki, 47 yaşılı işçi zooparkda mühafizəçi işləyib. Hadisə baş verən gün o, müvazinətini itirərək şirin volyerinə düşüb. Heyvan onun üstünə cumub və bir neçə dəfə başını dişləyib.
Məlumata görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları heyvana atəş açıblar.
Hadisədən sonra səlahiyyətlilər zooparkı müvəqqəti bağlamaq qərarına gəliblər.
"Misir" teqi üzrə xəbərlər
- Qəzzada içməli suyun 98%-i çirklənib
- Fələstin prezidenti ümumi seçki keçirəcək
- Fevralın 22-də azad edilməli olan fələstinli məhbusların taleyinə aydınlıq gətirildi
- Misirin paytaxtında yaşayış binası uçub: Azı 10 nəfər həlak olub
- HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR
Ən çox oxunanlar