Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Misirdə teleaparıcı artıq çəkili xanımları təhqir elədi
Misirin Teleradio Şurası tanınmış teleaparıcısı Riham Səidi işdən kənarlaşdırmaqla bağlı qərar verib. Buna səbəb onun "Əl Həyat" telekanalında aparıcılıq etdiyi "Sabayya" verilişində dediyi fikirlər olub.
Rus saytlarının yaydığı xəbərə görə, aparıcı çəkisi artıq olan qadınları təhqir edib. O deyib: "Şişman qadınlar öz zərifliklərinin bir hissəsini itirir, ailələrinə də, dövlətə də yük olurlar və onlara tamaşa eləmək xoş olmur”.
Aparıcı özü isə bildirib ki, televiziya işlədiyi 16 ildə xeyi yorulub və bu fasilə stressdən xilas olmaq üçün yaxşı üsuldur.
Xatırladaq ki, Riham bundan əvvəl də qalmaqallarla gündəmə gəlib.
"Misir" teqi üzrə xəbərlər
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi
- Qəzzada içməli suyun 98%-i çirklənib
- Fələstin prezidenti ümumi seçki keçirəcək
- Fevralın 22-də azad edilməli olan fələstinli məhbusların taleyinə aydınlıq gətirildi
- Misirin paytaxtında yaşayış binası uçub: Azı 10 nəfər həlak olub