Qəzza zolağının sakinləri üçün humanitar yük daşıyan 10-cu avtomobil karvanı “Rəfah” nəzarət-keçid məntəqəsindən keçərək Fələstin anklavına daxil olub.
Bu barədə Misir Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
“Qəzzada Fələstinin Qızıl Aypara Cəmiyyətinə təcili humanitar yardımın 10-cu partiyası çatdırılıb”, - deyə Misir ictimai təşkilatının “Facebook” səhifəsində yerləşdirilən məlumatda qeyd olunub.
Bildirilir ki, karvanda sektora dərman vasitələri, tibbi ləvazimat, ərzaq məhsulları və su daşıyan 102 yük maşını olub.
Misir Qızıl Aypara Cəmiyyəti indiyədək fələstinlilərə yardım üçün Qəzzaya cəmi 241 avtomobil göndərdiyini bildirib.
Mənbə: TASS
Rəylər