ABŞ-nin Missisipi ştatında ammonyak və digər kimyəvi maddələrin istehsalında ixtisaslaşan kimya zavodunda partlayış baş verib, nəticədə havaya xeyli zəhərli kimyəvi maddə yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Yerli hakimiyyət ətraf ərazilərdə yaşayan sakinlərin təxliyəsini təşkil edib. Qalan vətəndaşlara yaşayış yerlərini tərk etməmək tövsiyə olunub.
ABŞ Qırmızı Xaç Komitəsi zərərçəkənlərə yardım göstərilməsi üçün operativ məntəqə yaradıb. Xüsusi xidmətlər fövqəladə vəziyyət zonasında atmosfer havasının monitorinqini aparırlar.