Rusiyanın Federal Təhlükəsizlik Xidməti paytaxt regionunda İŞİD terror təşkilatının gizli qruplaşmasını aşkar edib.
Federal Təhlükəsizlik Xidməti Rusiya Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası və ölkənin İstintaq komitəsi ilə birgə beynəlxalq terror təşkilatının gizli qruplaşmasının Moskva ətrafında qeyri-qanuni fəaliyyətinin qarşısını alıb
Bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi xəbər verib.
Məlumata görə, xarici emissarlar rəhbərlik etdiyi qruplaşmanın tərkibində Rusiya, Mərkəzi-Asiya regionu vətəndaşları, habelə Zaqafqaziya ölkələrindən gələnlər fəaliyyət göstəriblər.