İraqın Mosul şəhərində minaatanlardan açılan atəş nəticəsində bazarda güclü yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə yerindən kadrları “Euronews” yayıb, video “YouTube”da yerləşdirilib.
Telekanalın məlumatına görə, şəhərin “İslam dövləti” terror təşkilatının yaraqlılarından azad edildiyi şərq hissəsində yerləşən bazarda yanğın başlayıb. İraq hakimiyyəti atışmanın kimin tərəfindən törədildiyi barədə hələlik dəqiq məlumat verə bilmir.
N.О.
www.oxu.az