Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Müstəmləkə ərazilərində nüvə sınaqlarına etiraz olaraq COP29 çərçivəsində aksiya təşkil edilib
COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən nüvə sınaqlarının ətraf mühitə və insanlara vurduğu zərərlərə qarşı Mavi Zonada etiraz aksiyası keçirilib.
Oxu.Az xəbər verir ki, aksiyada nüvə silahlarının ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub.
Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdən Dənizaşırı ərazilərdə insan hüquqlarının kobud şəkildə pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar.
Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib.

Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"