Banqladeşin Hava Yollarına məxsus təyyarə Myanmanın Yanqon beynəlxalq hava limanına qəza enişi edib.
TASS agentliyinin məlumatına görə, təyyarə 3 hissəyə parçalanıb. Təyyarədə 33 sərnişin olduğu bildirilir.
Banqladeşin Myanmadakı səfiri Kərim Xan Çodxuri 30 nəfərin yaralandığını bildirib. Yaralılardan ikisi ekipaj üzvləridir.
Qəza ilə əlaqədar hava limanı bağlanıb. İlkin ehtimala görə, qəzaya pis hava şəraiti səbəb olub.
#BreakingNews
— Aung Bo Bo (@HaB138) 8 мая 2019 г.
A Biman plane crashed on the runway in
Yangon International Airport.@BimanAirlines pic.twitter.com/F81jx3BZRg