NATO-ya üzv ölkələrin XİN başçıları Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasının başa çatmasından sonra iştirakını saxlamq barədə qərar qəbul ediblər.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq bəyan edib.
“Bu gün biz “Qətiyyətli dəstək” missiyamızın başa çatmasından sonra Əfqanıstanda iştirakımızı saxlamaq barədə razılıq əldə etdik”, - Stoltenberq deyib.
“Missiyamızdan fərqli olaraq gələcəkdə biz iştirakımızı əsasən mülki şəxslərlə həyata keçirəcəyik”, - o deyib.
www.oxu.az