İsrailin baş naziri Binyamin Netanyahu Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün getdiyi Paris səfərini yarımçıq dayandırıb.
Oxu.Az xəbər verir ki, qərar Qəzza sektorundakı vəziyyətin gərginləşməsi ilə bağlıdır.
Qeyd edək ki, İsrail ordusunun bazar günü Qəzza sektorunda keçirdiyi əməliyyat zamanı HƏMAS qruplaşmasının bir neçə yüksək rütbəli komandiri zərərsizləşdirilib.
Əməliyyatdan sonra İsrail hava hücumundan müdafiə sistemləri Qəzzadan buraxılan iki raketi məhv edib.
Rəylər