Niderland ilk dəfə olaraq İsraili ölkənin milli təhlükəsizliyinə təhdid törədən dövlətlər siyahısına daxil edib.
Oxu.Az bu barədə "The Jerusalem Post" qəzetinə istindla xəbər verir.
Bildirilir ki, bu, Niderlandın terrorla mübarizə və təhlükəsizliyin təmin edilməsi üzrə milli koordinatorun "2025-ci il üçün üçüncü ölkələr tərəfindən təhdidin qiymətləndirilməsi" hesabatında yer alıb.
Sənəddə qeyd edilir ki, İsrail xaricdə, o cümlədən Niderlandda siyasətə və ictimai fikrə təsir göstərmə çalışır.
Hesabatın müəllifi hesab edir ki, bu, Niderlandın demokratik institutlarını təhdid edə bilər.