Nigerin Beninlə sərhədi Benin ərazisində Fransa hərbi kontingentinin olması səbəbi ilə bağlı qalacaq.
Oxu.Az xəbər verir ki, bunu Niger Prezidenti Əbdürrəhman Tçiani dövlət televiziyası "Tele Sahel"də çıxışı zamanı bildirib.
"Biz Beninlə sərhədi bağlı saxlamışıq və bağlı qalacaq. Biz Beninə qarşı deyil, Benin ərazisində yerləşən və bizə zərər vura biləcək, sabitliyi pozan Fransa qoşunlarına qarşı mübarizə aparırıq" - deyə Tçiani vurğulayıb.
Prezident açıqlayıb ki, Sahel Dövlətləri Alyansına (Burkina-Faso, Mali, Niger) daxil olan ölkələr yanvar və fevral aylarında üç birgə hərbi əməliyyat həyata keçiriblər.
Xatırladaq ki, Niger 26 iyul 2023-cü ildə hərbi çevrilişdən sonra Beninlə sərhədi bağlayıb.