Norveçin “Norwegian Air Shuttle ASA” aviaşirkəti yeni tarif təqdim edib. İyulun ortasından şirkət 65 dollara bir istiqamətdə transatlantik reyslər təklif edir. Şirkət iddia edir ki, bu, tarixdə ən ucuz qiymətdir.
Oxu.Az xəbər verir ki, bu barədə BBC-yə verdiyi müsahibəsində Norveç şirkətinin rəsmi nümayəndəsi Anders Lindstrem bildirib.
Bu qiymətə Belfast və Edinburqdan Nyu-York və Bostona uçmaq olar. 65 dollar belə reysə olan ən ucuz qiymətdir. Standart bilet 99 dollaradır.
Hazırda Dublindən Nyu-Yorka transatlantik reysin qiyməti 655-dən 2755 dollar arasıdır, “Rueters” agentliyi bildirib.
Norveç şirkətinin rəsmi nümayəndəsi şirkətin qiymətləri bu qədər ucuzlaşdıra bilməsinin yollarını açıqlamayıb.
“Norwegian Air Shuttle ASA” şirkətinin ABŞ-da işləməsi artıq bir neçə ildir ki, Amerika şirkətlərinin etirazına səbəb olur, onlar norveçliləri dempinqdə ittiham edirlər.
N.О.
www.oxu.az