Norveçin cənubunda ildırım vurmasından parkın ərazisində 320-dən çox vəhşi şimal maralı ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “BNO News” məlumat yayıb.
İlkin məlumata görə, hadisə avqustun 26-da Norveçin cənubunda turistlər arasında populyar olan Hardangervid milli parkının ərazisində baş verib.
Şahidlərdən biri həmin vaxt parkda ölü maral aşkar etdiklərini bildirmişdi, hakimiyyət nümayəndələri yalnız avqustun 28-də hadisə yerinə gələ biliblər.
“Bizim əməkdaşlar 323 ölü maral aşkar ediblər”, - Norveçdə ətraf mühitin mühafizəsi agentliyinin nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, maralların cəsədlərinin necə aşkar edildiyi, onların məhz ildırımdan öldüyünü deməyə əsas verir.
Maralların cəsədləri 50 m radiusunda aşkar edilib.
E.Ə.
www.oxu.az