Norveç fiziki Andreas Val (Andreas Wahl) təbiət qanunlarını öz bədəninin köməkliyi ilə nümayiş etdirməyi məqalə və mühazirələrdən üstün tutub. O, suyun altında avtomatdan öz qarnına atəş açıb. CNET-in verdiyi xəbərə görə, bu hünər haqqında videonu NRK Norveç teleradioşirkəti çəkib.
Oxu.Az Lenta.ru agentliyinə istinadən xəbər verir ki, avtomat hovuzun dibində Valın bir neçə metrliyində xüsusi üçayaqda bərkidilmişdi.
Fizik tətiyə bağlanmış ipi dartaraq atəş açıb.
Alimə heç nə olmayıb. Su havaya nisbətən daha sıx mühit olduğundan güllənin sürəti atəşdən demək olar ki, dərhal sonra insan üçün təhlükəsiz göstəriciyə qədər azalır.
Əvvəllər, alim böyük hündürlükdən ucuna çaydan bağlanmış ipdən tutaraq tullanıb və alovdan keçmişdi ki, mərkəzdən qaçan qüvvənin təsirini və müvafiq olaraq buxarlanmanı nümayiş etdirsin.