Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
NYT: "İsrailin mümkün hücumuna İran 1 000 ballistik raketlə cavab verməyə hazırdır"
Tehran İsrailin mümkün hücumuna cavab vermək üçün bir neçə hərbi plan hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti İran rəsmilərinə istinadən məlumat verib.
Qeyd olunur ki, İsrailin mümkün cavabını gözləyən Tehran orduya tam hazırlıq vəziyyətində olmağı əmr edib. İranın ali lideri Əli Xameneinin İsrailin hücumları zamanı hərbi planların hazırlanmasının vacibliyini vurğuladığı bildirilir.
"Cavab tədbirlərinin miqyası İsrailin zərbələrinin şiddətindən asılı olacaq. Hücumlar əhəmiyyətli ziyana səbəb olarsa, İran 1 000-ə qədər ballistik raket buraxmağı və bölgədə İranın dəstəklədiyi qrupların iştirakı ilə hücumları gücləndirməyi düşünə bilər", - məlumatda bildirilir.
"Euronews"un məlumatına görə, İranda vətəndaşlar arasında Tehranın silahlı münaqişədə iştirakı ilə bağlı narahatlıqlar artır. Bir çox iranlı narazılıqlarını və münaqişənin nəticələrindən qorxduqlarını bildirirlər.
"İran-İsrail münaqişəsi" teqi üzrə xəbərlər
- Xameneinin müşaviri: "İran İsrailə qarşı cavab hazırlığı görür"
- Netanyahu: "İsrail İranın nüvə proqramına zərbə vurub"
- İran prezidenti: "Ölkə istənilən düşmən addımına cavab verəcək"
- İsrail İrana qabaqlayıcı zərbə endirə bilər
- İranın mümkün cavabını gözləyən İsrail ordusu hazırlıq səviyyəsini artırıb
Rəylər