ABŞ prezidenti Barak Obama Yaxın Şərqdə terrorizm problemlərinə həsr olunmuş brifinqdə səhvən bəyan edib ki, ABŞ “İslam dövləti”nin (İŞİD) hazırlığını sürətləndirəcək, Oxu.Az xəbər verir.
“Biz olduqca ləng hərəkət edirdik, lakin biz İŞİD qüvvələrinin hazırlığını sürətləndirəcəyik”, - Obama bəyan edib.
Lakin səhvi dərhal düzəldərək stenoqramda İŞİD sözündən sonra mötərizədə “İraq” sözü əlavə ediblər.
Qeyd olunur ki, prezident ABŞ-ın İraq hərbçilərinin İŞİD yaraqlıları ilə mübarizədə hazırlığını artıracağını nəzərdə tuturdu.
