ABŞ prezidenti Barak Obama hesab edir ki, Suriyada vəziyyət Rusiyanın müdaxiləsindən sonra əhəmiyyətli dərəcədə dəyişməyib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Rusiyalılar bir aydan çox müddətdir ki buradadırlar. Və mən hesab edirəm ki, onların müdaxiləsindən sonra Suriyadakı vəziyyətdə dəyişiklik baş verməyib”, - Obama Parisdə təşkil olunan mətbuat konfransında bəyan edib.
ABŞ prezidenti xatırladıb ki, Rusiya Suriyada hərbi əməliyyatlara başladıqdan sonra ciddi itkilər verib - Misirdə А321 təyyarəsində törədilən terakt, Türkiyədə vurulan Su-24 bombardmançısı və hərbçilər arasında itkilər.
“Hesab edirəm ki, cənab Putin Əfqanıstan xatirələrini gözü qabağına gətirərək başa düşür ki, bu onun gözlədiyi nəticə deyil”, - Obama deyib.