Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
!["Omeqa-3" qəbulu qocalmanı ləngidir: Alimlərdən yeni araşdırma](https://images.oxu.az/2025/02/04/Ms3Ba6U4Ywulpi5C1BnyN2DLkj5BAVtg2RFrybzX:1200.jpg)
"Omeqa-3" qəbulu qocalmanı ləngidir: Alimlərdən yeni araşdırma
Bir qram "Omeqa-3" yağı qəbul etmək orqanizmin bioloji qocalmasını ləngidə bilər.
Oxu.Az-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, Sürix Universitetindən olan alimlər araşdırma nəticəsində bu qənaətə gəliblər.
Tədqiqatda yaşı 70 və daha yuxarı olan 777 nəfər iştirak edib. Onlar bir neçə qrupa bölünüblər. Üçillik dövrdə birinci qrup gündə 2 000 beynəlxalq vahid həcmində D vitamini qəbul edib, ikinci qrup gündə bir qram "Omeqa-3" qəbul edib, üçüncü qrup isə həftədə üç dəfə 30 dəqiqəlik evdə məşq proqramını həyata keçirib.
Dördüncü qrupdan hər iki növ əlavəni fiziki aktivlik olmadan qəbul etmələri, beşinci qrupdan "Omeqa-3" qəbulunu idman ilə birləşdirmələri, altıncı qrupdan isə idmanla məşğul olmaları və gündəlik D vitamini qəbul etmələri istənilib.
Vaxt keçdikcə iştirakçıları izləyən alimlər müəyyən ediblər ki, "Omeqa-3"ün orta dərəcədə qəbulu dörd aya qədər müddətdə bir neçə epigenetik saata uyğun olaraq bioloji qocalmanı ləngidib. Epigenetik saatlar DNT-nin xüsusi "işarələr" toplusudur ki, toxuma, hüceyrə və ya orqanın bioloji yaşını təyin etməyə imkan verir.
"Omeqa-3", D vitamini və idmanın birləşməsinin bioloji qocalmanı yavaşlatmaq üçün daha təsirli üsul olduğu ortaya çıxıb. Üstəlik, bu təsir cinsindən, yaşından və ya bədən kütləsi indeksindən asılı olmayaraq iştirakçılarda özünü göstərib.
Rəylər