Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Orban Fitsoya sui-qəsddən sonra gülləkeçirməz jilet geyinir?
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, o, əvvəllər də gülləkeçirməz jilet geyinməyib və slovakiyalı həmkarı Robert Fitsoya qarşı sui-qəsddən sonra belə qoruyucu vasitəni geyinməyəcək.
Bu barədə siyasətçi blikk.hu portalının müvafiq sualını cavablandırarkən deyib.
"Mən heç vaxt gülləkeçirməz jilet geyinməmişəm və indi də geyinmirəm", - o bildirib.
Xatırladaq ki, mayın 15-də həyatına sui-qəsd cəhdi edilən Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır olaraq qalır.
Mənbə: mk.ru
"Viktor Orban" teqi üzrə xəbərlər
Ən çox oxunanlar