"Avropa İttifaqı və NATO hərbi və iqtisadi cəhətdən Rusiyadan daha güclüdür. Buna görə də Moskvadan hücum riski ilə bağlı deyilənlər absurddur".
Oxu.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Almaniyanın "Axel Springer" media qrupunun rəhbəri Matias Döpfnerə müsahibəsində bildirib.
"Avropa İttifaqının əhalisi 400 milyondan çoxdur, Rusiyanın əhalisi isə 140 milyondur. İqtisadiyyatımız sürətlə artır, Rusiya isə tənəzzüldədir. Aİ-nin 27 ölkəsinin hərbi potensialını cəmləsəniz, biz ruslardan daha güclüyük", - deyə siyasətçi qeyd edib.
O, əlavə edib ki, Rusiyanın hazırda gücü çatmır və Moskva 3 ildir ki, Ukraynada müharibəni bitirə bilmir.