Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Örtbas əməliyyatı: Baydenin ətrafının gizli strategiyası açıqlandı
"ABŞ Prezidenti Co Baydenin məsləhətçiləri uzun müddətdir ki, dövlət başçısının şəxsi əlaqələrinə və hərəkətlərinə nəzarət edirdilər. Bu onun artıq tezləşən səhvlərini gizlətmək üçündür".
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti öz mənbələrinə istinadla məlumat verib.
Bildirilib ki, bir ildən çoxdur ki, Ağ Ev Baydenin cədvəlini onu gözlənilməz bəyanatlardan və çıxışlardan qoruyacağı şəkildə qurub.
"Xüsusilə, məsləhətçilər mətbuat konfranslarının, media müsahibələrinin sayını azaldıblar, həmçinin Demokrat Partiyasının sponsorları ilə görüşlərin əvvəlcədən hazırlanmış nəzakət mübadiləsindən kənara çıxmamasına diqqət edirlər", - deyə nəşrin məlumatında vurğulanıb.
Məlumata görə, Baydenin köməkçiləri onun səfərlərinin sayını da məhdudlaşdırıblar, çünki onun buna gücünün çatmayacağından qorxurdular.
Eyni zamanda, ABŞ liderinin səhvləri açıq-aşkar olduğu halda belə, onun məsləhətçiləri hamını inandırmağa davam edirdilər ki, Baydenlə hər şey qaydasındadır.
Rəylər