Türkiyədə Mersin Universitetinin tələbəsi Özgəcan Aslanı vəhşicəsinə öldürən və cəzalarını ciddi rejimli islah koloniyasında çəkən Əhməd Sübhi Altındökən və atası Nəcməddin Altındökən həbsxanada hücuma məruz qalıblar.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nəcməddin Altındökənə iki, oğlu Əhməd Sübhi Altındökənə isə bir dəfə atəş açılıb.
Hücum nəticəsində Əhməd Sübhi Altındökən ağır yaralanıb və aparıldığı xəstəxanada ölüb.
Onun atası Nəcməddin Altındökənin vəziyyəti ağır olaraq qalır.
Bildirilir ki, Adanadakı həbsxanada silahlı hücumla bağlı 2 həbsxana əməkdaşı nəzarətə götürülüb.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
Xatırladaq ki, Türkiyədə 3 nəfər tərəfindən zorlanan, sonra vəhşicəsinə öldürülərək yandırılan Özgəcan Aslanın qətli ölkədə böyük səs-küyə səbəb olmuşdu.