Pakistan Əfqanıstanın paytaxtı Kabilə raket zərbəsi endirib.
Oxu.Az xəbər verir ki, bu barədə Əfqanıstan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Əfqanıstan və Pakistan qüvvələri arasında yeni döyüş əməliyyatları nəticəsində ən azı 12 mülki əfqan həlak olub.
Gərginlik İslamabadın Əfqanıstandakı "Taliban" administrasiyasından Pakistana hücumlara başlayan döyüşçülərə qarşı tədbirlər görməsini tələb etməsindən sonra başlayıb. Pakistan onların Əfqanıstan ərazisində gizli sığınacaqlarda fəaliyyət göstərdiklərini iddia edir. "Taliban" isə Əfqanıstanda belə döyüşçülərin varlığını inkar edir.