Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində azı iki nəfər həlak olub.
Əfqanıstanın şərqindəki Laqman əyalətində də iki nəfər ölüb.
Məlumata görə, Xeybər-Paxtunxvada yaşayış binalarının dam və divarlarının uçması nəticəsində 6 nəfər yaralanıb.
Öz növbəsində, Pakistan polisinə istinadən yayılan xəbərə görə, Svat rayonundakı ərazidə 150-yə yaxın insan xəsarət alıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

21:04
Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərdən çox əhalisi olan İşkaşım şəhərindən 48 km cənub-qərbdə yerləşib.
Mümkün dağıntı və tələfat barədə məlumat verilməyib.
Zəlzələnin Özbəkistanda da hiss olunduğu bildirilib. Qorxuya düşən Daşkənd sakinləri küçələrə axışıblar.
Mənbə: TASS