Roma Papası XIV Leo andiçmə mərasimi çərçivəsində papalıq hakimiyyətinin iki rəmzini alıb: "balıqçı üzüyü" (Papa üzüyü) və palliumu (qoyun yunundan xaçlarla naxışlı lent).
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu qədim mərasim 267-cı Roma Papasının pontifikatının başlamasının rəmzini göstərir.
Papa xütbəsi ilə başa çatacaq inaqurasiya messasına XIV Leonun özü başçılıq edir.
Meydanda çoxsaylı dindarlar, eləcə də xarici ölkələrdən 150-dən çox nümayəndə heyəti, dini konfessiyaların nümayəndələri iştirak edirlər.
Vatikanda yeni Papa XIV Leonun andiçmə mərasimi başlayıb, o, artıq xüsusi avtomobil ilə Müqəddəs Pyotr meydanından keçib.
Oxu.Az xəbər verir ki, tədbirə 156 ölkədən və beynəlxalq təşkilatlardan nümayəndə heyətləri və təmsilçilər dəvət olunub.
Ənənəyə görə, pontifikə iki reqaliya verilməlidir: balıqçı üzüyü (Papa üzüyü) və pallium (qoyun yunundan xaçlarla naxışlı lent).
XIV Leo taxta çıxması münasibətilə Sikstin kapellasında messanı (ibadəti - red.) icra edəcək.
Xatırladaq ki, mayın 8-də amerikalı kardinal Robert Prevo yeni Papa seçildi və XIV Leo adını aldı.