Papua-Yeni Qvineyanın şərq hissəsində 6.7 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir.
Bildirilir ki, zəlzələnin episentri Lae şəhərindən 19 km qərbdə qeydə alınıb. Ocağın dərinliyi 10 km təşkil edib.
Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.
