Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Albaniyaya işgüzar səfərə yollanıb.
Oxu.Az-ın erməni mediasına istinadla verdiyi məlumata görə, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan xəbər verib.
Onun sözlərinə görə, Albaniyada Paşinyanın beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri planlaşdırılır.