Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Premyer Liqaya vəsiqə qazanan "Qəbələ"nin mükafatlandırma mərasimi keçiriləcək
Bu gün Azərbaycan I liqasında XXVI tur start götürəcək.
Oxu.Az xəbər verir ki, turun açılış matçında artıq çempionluğu rəsmiləşdirmiş "Qəbələ" dördüncü yerdəki "Zaqatala" ilə qarşılaşacaq.
Görüş saat 17:00-da başlayacaq.
Bu matçdan sonra "Qəbələ"yə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.
Xatırladaq ki, I liqada "Qəbələ" ilə yanaşı, "İmişli" və "Karvan" da növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün vəsiqəni təmin ediblər.
15 may
I Liqa
XXVI tur
Saat 17:00, "Qəbələ" - "Zaqatala".
"Qəbələ FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar