"Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil".
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.
"Belə bir hal ola bilməz. Bu, tam anlaşılmazlıqdır", - deyə Ermənistan lideri bildirib.
Daha əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidməti Ermənistanın siyasi səbəblərdən Ukraynadan daha baha qiymətə taxılı almaq istədiyi barədə məlumat yaymışdı.