Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Paşinyanın çıxışına görə canlı yayımı kəsdilər: "Sizi MTX-nin zirzəmilərinə ataram"
"Siz deyirsiniz ki, Paşinyan hökuməti ANIF-a (Erməni Milli Maraqları Fondu) 4.2 milyard dram ayırıb, əslində isə Paşinyan hökuməti Ermənistanın büdcəsini iki dəfə artırıb, Ermənistana 4.2 milyard dram məbləğində əlavə gəlir gətirib".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri ölkənin baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında "Ermənistan" fraksiyasından olan deputat Anna Qriqoryanın bəyanatlarına cavab verərkən deyib.
"Dəyəri beş milyard dollardan çox olan əmlak qeyri-qanuni əmlakın müsadirəsi mexanizmləri vasitəsilə bu gün Ermənistan Respublikasına xidmət edir, hansı ki, müxtəlif korrupsionerlərin cibində qalacaqdı", - deyə Paşinyan bildirib.
"Birincisi, düzünü desəm, mən hələ də başa düşə bilmirəm ki, hər gün KİV-də yeni korrupsiya faktları ortaya çıxdığı bir halda, nə ilə fəxr etmək olar? Əgər bu korrupsiya faktlarının üstü açılsaydı, o zaman fəxr ediləcək nəsə olardı. Əgər təqsirləndirilən şəxs ANIF işinə cəlb olunmayıbsa, siz indi nədən danışırsınız? Bu əvvəlki korrupsiya sxemləri vasitəsilə siz hansı korrupsiyanın arxasınca getməlisiniz, hansı büdcəni doldurmalısınız və sair? Sizin öz komandanızı məsuliyyətə cəlb etmək üçün siyasi iradəniz yoxdur, bunu açıq deyin.
Siz unutmusunuz ki, təkcə sizin hakimiyyətiniz dövründə bizim yeddi milyard borcumuz yığılıb? Eyni yolu ildə beş dəfə təmir edirsiniz və başqa strateji əhəmiyyət kəsb edən heç nə tikilmir", - deyə Anna Qriqoryan cavab verib.
Paşinyan bu sözlərə etiraz edib.
"Siz eyni yolu beş dəfə təmir etdiyimizi dediyiniz zaman, sadəcə olaraq, yalan danışırsınız. Belə vəziyyətdə olan yollar qəbul edilmir, onlar üçün pul verilmir.
Əgər biz KİV-də gedən məqalələrlə hərəkət etsəydik, biz sizi asardıq və ümumiyyətlə, Ermənistandan çıxarardıq. Bəs sizin haqqınızda mətbuatda nə yazırlar, siz niyə ümumiyyətlə azadsınız? Haqqında yazırlar ki, siz xarici casuslarsınız. Siz ümumiyyətlə bu zalda oturmaqla nə edirsiniz?
Əgər mən KİV-dəki paylaşımları rəhbər tutsam, o zaman sizi Milli Təhlükəsizlik Xidmətinin zirzəmilərinə ataram. Birinci sən getməlisən və gedəcəksən də.
Mətbuat sizin haqqınızda yazır ki, siz xarici agentlərsiniz, beşinci kolon, təsir agentlərisiniz. Oturun, susun, əsəblərimi korlamayın, mən dedim axı, otur və əsəblərimi pozma", - Paşinyan əsəbi halda danışıb.
Bundan sonra zalda vəziyyət gərginləşib, qışqırıqlar eşidilib. Parlamentin spikeri canlı yayımı dayandırıb.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Qərblə Rusiya arasında qalan Ermənistan: Koçaryanın revanşist həmlələri
- Ermənistanın keçmiş prezidenti: "Biz İranla strateji əməkdaşlıq qurmalıyıq"
- Azərbaycanla müqavilə imzalandıqdan sonra Ermənistan Rusiyanın 102-ci hərbi bazasını bağlayacaq?
- Paşinyan Albaniyada hansı ölkəni təmsil edib?
- Bir görüşün psixoloji mesajı: İlham Əliyevin dominantlığı və Paşinyanın gərginliyi