“Raytheon” ABŞ şirkətinin rəhbərliyi altında istehsal olunan və Səudiyyə Ərəbstanının sərəncamında olan “Patriot PAC-2 SAM” zenit-raket kompleksinə aid iki “MİM-104C” raketinin buraxılışı uğursuzluqla nəticələnib.
Oxu.Az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Buraxılışdan sonra raketlərdən biri havada partlayıb, digəri isə Ər-Riyadın yaşayış rayonlarından birinə düşüb.
Buraxılışın görüntüsünü “The Aviationist” yayıb.
Qeyd edək ki, martın 26-da Səudiyyə Ərəbstanının hava hücumundan müdafiə sistemi Yəməndən daxil olan yeddi raketi zərərsizləşdirib. Zərbələr nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Qurbanın (Misir vətəndaşı) raket qalıqlarının evinə düşməsi nəticəsində həlak olduğu bildirilir.
— #MBS.shnb (@shnb_7rb) 25 марта 2018 г.
#Sondakika
— Son Kale Türkiye (@SonKaleTurkiye2) 25 марта 2018 г.
Suudi başkenti Riyadh da büyük patlama meydana geldi. pic.twitter.com/qSwwowoVOU
F.M.
www.oxu.az