Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Pentagon nüvə partlayışının Avropadakı nəticələrini modelləşdirəcək
ABŞ Müdafiə Nazirliyi Avropada nüvə partlayışının nəticələrini modelləşdirmək istəyir. Pentaqon nüvə silahının kənd təsərrüfatı sektoruna təsiri sahəsində tədqiqatlar üçün müqavilə bağlamağı planlaşdırır.
Oxu.Az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Podratçıdan proqram təminatından (PT) istifadə edərək tədqiqatlar aparması və modelləşdirmənin coğrafi əhatə dairəsini genişləndirməsi tələb olunur. Pentaqon işlərin Şərqi Avropa ölkələrini əhatə etməsini istəyir. Bundan əlavə, Şərqi Avropadan və Rusiyanın qərb hissəsindən kənar regionlar üçün PT-nin yenilənməsi lazımdır.
Müqavilənin dəyəri 34 milyon dollardır. ABŞ Ordusunun Mühəndis Korpusu bir şirkətlə eksklüziv müqavilə bağlamağı planlaşdırır.
"Pentaqon" teqi üzrə xəbərlər
- 11 sentyabr hücumlarında ittiham olunan üç nəfər edamdan yayına bilər
- Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?
- Suriyada kimyəvi silah problemi: Yanlış əllərə düşə bilər
- ABŞ Suriyadan qoşunlarını çıxaracaq?
- Pentaqon ABŞ-nin Ukraynaya edəcəyi hərbi yardımın məbləğini açıqladı
Rəylər